İdman
İtaliya A Seriyası: "Roma" liderlə xal fərqini azaltdı
İtaliya A Seriyasının 15-ci turuna "Roma" - "Komo" oyunu ilə yekun vurulub. Oxu.Az xəbər verir ki, "Olimpiko" stadionunda keçirilmiş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. "Canavarlar"ın yeganə qolunu Uesli Fransa vurub. Bu nəticə ilə "Roma" 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "İnter"dən üç xal geridə qalır. "Komo" isə 24 xalla 7-ci yeri tutur.
Mənbə
oxu.az