Digər

Berlindən sülh xəbəri: Konsensus əldə olunub

15 Dec 2025, 23:05 1 baxış
Berlindən sülh xəbəri: Konsensus əldə olunub

Danışıqlar çox müsbət keçib və bir sıra məsələlər üzrə konsensus əldə olunub.


Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.


“Bəzi mövzular hələ müzakirə olunmalıdır, amma Donald Tramp əldə olunan irəliləyişdən məmnundur”, - rəsmi bildirib.


O qeyd edib ki, Avropa nümayəndələri özlərini çox yüksək səviyyədə göstəriblər və sülhə doğru irəliləyiş var.


Həmçinin vurğulanıb ki, NATO-nun 5-ci maddəsinə bənzər Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsində də irəliləyiş əldə edilib, lakin bu zəmanətlərin əbədi olmayacağı barədə xəbərdarlıq edilib.


Qeyd edək ki, bu gün Berlində ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar davam edib.

Mənbə axar.az

Oxşar Xəbərlər