İdman

UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel

27 Sep 2026, 09:30 2 baxış
UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək. Oxu.Az xəbər verir ki, bu oyun günündə səkkiz matç baş tutacaq. A Liqasının II qrupunda Serbiya Niderlandla, Almaniya isə Yunanıstanla qarşılaşacaq. A Liqasının IV qrupunda Danimarka Uelsi qəbul edəcək, Norveç isə Portuqaliya ilə üz-üzə gələcək. B Liqasının III qrupunda Avstriya Kosovo, İsrail isə İrlandiya ilə qarşılaşacaq. D Liqasında isə iki oyun keçiriləcək. I qrupda Cəbəllütariq Andorra ilə üz-üzə gələcək. II qrupda isə Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşacaq. UEFA Millətlər Liqası 27 sentyabr A Liqası, II qrup 20:00. Serbiya - Niderland; 22:45. Almaniya - Yunanıstan. A Liqası, IV qrup 20:00. Danimarka - Uels; 22:45. Norveç - Portuqaliya. B Liqası, III qrup 20:00. Avstriya - Kosovo; 22:45. İsrail - İrlandiya. D Liqası, I qrup 20:00. Cəbəllütariq - Andorra. D Liqası, II qrup 17:00. Litva - Azərbaycan.
Mənbə oxu.az

Oxşar Xəbərlər