Dünya
Tokayev müdafiə nazirini istefaya göndərdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib. Oxu.Az xəbər verir ki, müvafiq məlumat Qazaxıstan prezidentinin saytında dərc olunub. Qeyd edək ki, Kosanov 2025-ci il iyunun 8-də Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilmişdi. İstefa Xəzər dənizində keçirilən təlimlər zamanı 14 qazaxıstanlı hərbçinin həlak olmasından bir neçə gün sonra baş verib. Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətindəki təlimlər zamanı şəxsi heyətin "Kaysar" katerindən enməsi vaxtı su axını hərbçiləri dənizə aparıb. Üç nəfəri xilas etmək mümkün olub, 14 nəfər isə həlak olub.
Mənbə
oxu.az