Digər

Türkiyə qırıcıları hava məkanını pozan PUA-nı vurdu

15 Dec 2025, 22:29 1 baxış
Türkiyə qırıcıları hava məkanını pozan PUA-nı vurdu

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanına daxil olan PUA-nı məhv edib.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb. Sözügedən dronun nəzarətdən çıxdığı müəyyən olunub.


Arzuolunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurularaq endirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər