İdman
"Neftçi" qələbəni əldən verdi
Misli Premyer Liqasında XV turun son qarşılaşmasında "Neftçi" "Sumqayıt"ı qəbul edib.
Axar.az xəbər verir ki, ukraynalı baş məşqçi Yuri Vernidubun rəhbərliyi ilə ilk oyuna çıxan “Neftçi” 2-0 hesabda öndə olduğu oyunda qələbəni əldən verib.
Qarşılaşma 2-2 hesabı ilə yekunlaşıb.
Turnir cədvəlində "Sumqayıt" 27 xalla üçüncü, "Neftçi" isə 17 xalla səkkizincidir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Araz-Naxçıvan"ı (5:1) məğlub edib. "İmişli" - "Karvan-Yevlax" matçında isə qalib müəyyənləşməyib -1:1.
Mənbə
axar.az