Digər

Prezidentin köməkçisi xalq şairi ilə görüşdü

15 Dec 2025, 21:29 1 baxış
Prezidentin köməkçisi xalq şairi ilə görüşdü

Prezidentin köməkçisi Anar Ələkbərov xalq şairi Ramiz Rövşənlə görüşüb.


Kult.az xəbər verir ki, bu barədə prezidentin köməkçisi Anar Ələkbərov İnstaqram hesabında paylaşım edib.


“Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq xoş idi.


Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir. Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram” - deyə paylaşımda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər