Digər

Yeni il gecəsi ABŞ-da planlaşdırılan teraktın qarşısı alındı

15 Dec 2025, 19:35 1 baxış
Yeni il gecəsi ABŞ-da planlaşdırılan teraktın qarşısı alındı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni il gecəsi Los-Ancelesdə planlaşdırılan terror planının qarşısını aldığını açıqlayıb.


Axar.az xəbər verir ki, bununla bağlı 4 nəfər həbs olunub. Onlar özlərini fələstinpərəst və Tısbağa Adası Azadlıq Cəbhəsinin (TILF) radikal bir qolu kimi təqdim ediblər.


FTB-nin məlumatına görə, onlar Yeni il gecəsi Los-Ancelesdə əldəqayırma partlayıcı qurğulardan istifadə edərək beş ayrı-ayrı yerdə koordinasiyalı bomba hücumları planlaşdırıblar. Açıqlamaya əsasən, eyni TILF ekstremist qrupu ilə əlaqəli olduğu güman edilən beşinci şəxs Yeni Orleanda başqa bir hücum planlaşdırmaqda şübhəli bilinərək həbs olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər