Digər
Xəzərdəki Rusiya enerji infrastrukturuna zərbə endirildi
Ukrayna PUA-ları Xəzər dənizindəki Rusiya neft hasilatı platformalarına zərbə endiriblər.
Axar.az xəbər verir ki, bu barədə "RBK-Ukraina" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, PUA-lar "Lukoyl-Nijnevoljskneft" şirkətinin Korçagin yatağındakı platformasını vurub. Hücum nəticəsində avadanlıq zədələnib və obyektin istehsal prosesi dayandırılıb.
Qeyd edək ki, bu, bir həftə ərzində Xəzərdəki platformaya üçüncü zərbədir.
Mənbə
axar.az