İqtisadiyyat

Cari ildə ölkəyə nə qədər qızıl gətirilib?

15 Dec 2025, 17:34 1 baxış
Cari ildə ölkəyə nə qədər qızıl gətirilib?
Azərbaycana qızıl idxalı bu ilin yanvar-oktyabr aylarında kəskin şəkildə artıb. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə ümumilikdə 4 milyard 515.1 milyon dollar dəyərində 44 min 441 kiloqram qızıl idxal edilib. Bu göstərici, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində iki dəfə, kəmiyyət olaraq isə 64% çoxdur. Azərbaycan qızılı əsasən Avstraliya, Rusiya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və İsveçrə kimi ölkələrdən alıb. 2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan qızıl ixracı da həyata keçirilib. Azərbaycan bu dövrdə ancaq İsveçrəyə 276.82 milyon ABŞ dolları dəyərində 3 min 971 kiloqram emal olunmamış qızıl satıb. Qeyd edək ki, Dövlət Neft Fondu bu ilin 9 ayı ərzində 38 tondan çox qızıl alıb. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər