İqtisadiyyat

İnnovasiya və Təchizat Mərkəzi 1,5 milyon manatlıq tender elan etdi

15 Dec 2025, 17:50 1 baxış
İnnovasiya və Təchizat Mərkəzi 1,5 milyon manatlıq tender elan etdi
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) artroplastika, yəni diz və bud-çanaq endoprotezləri əməliyyatlarında istifadə üçün nəzərdə tutulmuş tibbi vasitələrin satın alınması məqsədilə müsabiqə elan edib. Satınalma 2026-cı il üzrə planlaşdırılan əməliyyatların təmin olunmasını nəzərdə tutur. Oxu.Az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 561 min 918 manat 80 qəpik təşkil edir. Tenderə 2026-cı il yanvarın 16-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər