İdman

Portuqaliya millisinin futbolçusu Kanselu onu videoya çəkən şəxsə hücum edib

15 Dec 2025, 16:38 1 baxış
Portuqaliya millisinin futbolçusu Kanselu onu videoya çəkən şəxsə hücum edib
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Juan Kanselu təyyarədə onu telefonla videoya çəkən sərnişinə hücum edib. Oxu.Az "Championat"a istinadən xəbər verir ki, reysin hansı istiqamətdə olduğu, futbolçu və zərərçəkmiş şəxsin harada olduğu məlum deyil. Qeyd edək ki, 31 yaşlı cinah müdafiəçisi 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edir. Cari mövsümdə portuqaliyalı futbolçu klub səviyyəsində 10 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Portuqaliya millisinin futbolçusu Kanselu onu videoya çəkən şəxsə hücum edib
Mənbə oxu.az

Oxşar Xəbərlər