Digər

Zelenski ABŞ-ın bu təklifindən imtina etdi

15 Dec 2025, 16:13 1 baxış
Zelenski ABŞ-ın bu təklifindən imtina etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Donbasda silahsızlaşdırılmış “azad iqtisadi zona” yaratmaq təklifini rədd edib, lakin NATO üzvlüyündən imtinaya razı olub.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri mənbələrə istinadla yazıb.


“Rusiya işğalı altında olan Ukrayna ərazilərinin taleyi xüsusilə mürəkkəb və həssas bir məsələdir. ABŞ Prezidenti Donald Tramp həm Ukrayna, həm də Rusiya qoşunlarının bu ərazilərdən çıxarılması və Amerika biznes maraqlarının fəaliyyət göstərə biləcəyi silahsızlaşdırılmış “azad iqtisadi zona” yaradılması ideyasını irəli sürüb. Fransa rəsmisinin sözlərinə görə, Ukrayna bu təklifi rədd edib”, - nəşr bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər