İdman
Azərbaycan çempionatları tarixində 6000-ci oyun keçirilib
Misli Premyer Liqasının XV turunun "Qarabağ" - "Araz-Naxçıvan" oyunu (5:1) tarixi yubileylə əlamətdar olub. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb. 6000 matçdan 279-da texniki nəticə (faktiki məğlubiyyət - red.) qeydə alınıb. 1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb. Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.
Mənbə
oxu.az