İqtisadiyyat

Cəbrayılın kəndində klub-icma mərkəzinin tikintisinə 2,1 milyon manat ayrıldı

15 Dec 2025, 13:54 1 baxış
Cəbrayılın kəndində klub-icma mərkəzinin tikintisinə 2,1 milyon manat ayrıldı
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsində klub-icma mərkəzinin inşası üzrə satınalma müsabiqəsi elan olunub. Oxu.Az xəbər verir ki, tikintinin ehtimal olunan dəyəri 2 milyon 108 min 811 manat təşkil edir. Layihə 1042 ailəlik kəndi əhatə edəcək, birinci mərhələdə isə 635 ailə üçün xidmət göstəriləcək. Tenderə 16.01.2026-cı il tarixində yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər