İdman

Abdullah Zubir "Qarabağ"ın heyətində yubiley matçına çıxıb

15 Dec 2025, 12:58 1 baxış
Abdullah Zubir "Qarabağ"ın heyətində yubiley matçına çıxıb
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Misli Premyer Liqasının XV turuna təsadüf edib. O, "Araz-Naxçıvan"la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız "Qarabağ"ın formasını geyinib. A.Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Qeyd edək ki, A.Zubir "200"ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər