İqtisadiyyat

Ölkənin nəqliyyat xidmətləri balansında 1,3 milyard dollar profisit yaranıb

15 Dec 2025, 13:02 1 baxış
Ölkənin nəqliyyat xidmətləri balansında 1,3 milyard dollar profisit yaranıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat xidmətləri balansında təxminən 1.3 milyard ABŞ dolları profisit olub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur: "Burada əsas pay neft və qaz tranziti gəlirləri nəzərdə tutulur. Həmçinin sərnişindaşıma və yük daşıma xidmətləri də öz mövqeyini qoruyur".
Mənbə oxu.az

Oxşar Xəbərlər