Digər
"Li Auto"nun rəsmi satış mərkəzinin yeni binası fəaliyyətə başlayıb
Babək prospekti, 35A ünvanında "Li Auto"nun Azərbaycandakı rəsmi satış mərkəzinin yeni binasının açılış mərasimi keçirilib. Tədbirdə işgüzar dairələrin nümayəndələri, media nümayəndələri və dəvətli qonaqlar iştirak ediblər. Mərasim çərçivəsində respublikanın Xalq artisti Aygün Kazımova çıxış edərək gecəyə xüsusi ab-hava qatıb. Açılış tədbirini "Li Auto" şirkətinin Beynəlxalq biznes üzrə vitse-prezidenti Wu Tsaomi açaraq brendin qlobal inkişaf strategiyası və Azərbaycan bazarına verdiyi önəm barədə çıxış edib. Ardınca "Efendiler Group"un təsisçisi Ənvər Ənvərli çıxışı zamanı bildirib ki, yeni mərkəz beynəlxalq standartlara uyğun, tamamilə yeni konsept əsasında inşa olunub və müştəri təcrübəsini ön planda saxlayan müasir infrastrukturla təchiz edilib. O qeyd edib ki, bina təxminən 970 kvadratmetrlik müasir satış salonu, təxminən 400 kvadratmetrlik arxa-ofis sahəsi və 60 avtomobil üçün nəzərdə tutulmuş yeraltı parkinq infrastrukturu ilə "Li Auto" müştərilərinə yüksək xidmət səviyyəsi təqdim edir. "Bu gün təqdim etdiyimiz "Li Auto" mərkəzi beynəlxalq standartlara uyğun tam yeni konseptlə qurulub. Məqsədimiz müştərilərə yalnız avtomobil deyil, premium satış və xidmət təcrübəsi təqdim etməkdir", - deyə qrupun təsisçisi bildirib: Daha sonra "Efendiler Group"un icraçı direktoru Amal Əlili və "Li Auto"nun vitse-prezidenti Wu Tsaomi tərəfindən simvolik qırmızı lent kəsilərək mərkəzin rəsmi açılışı elan olunub. Mərasim çərçivəsində keçirilən lotereyada bir iştirakçı Çinə iki nəfərlik səyahət paketi, digər iki iştirakçı isə dəyərli hədiyyələr qazanıb. Tədbirin sonunda "Li Auto"nun ilk tam elektrik modeli olan Li Mega qonaqlara təqdim olunub. Yeni mərkəzdə təqdim olunan bütün avtomobillər 4 il və ya 100 000 kilometr rəsmi zavod zəmanəti ilə satışa çıxarılır. Eyni zamanda bina tam hüquqlu rəsmi servis mərkəzi kimi fəaliyyət göstərərək proqram təminatı yenilənmələri, texniki baxış, diaqnostika və orijinal ehtiyat hissələrinin təminatını istehsalçı standartlarına uyğun şəkildə həyata keçirir.
Mənbə
oxu.az