İdman
"Qarabağ"ın yarımmüdafiəçisi Premyer Liqada 25-ci qolunu vurub
"Qarabağ"ın futbolçusu Toral Bayramov Misli Premyer Liqasında 25-ci qolunu vurub. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Toral Bayramov bu nəticəyə 137-ci oyununda nail olub. Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"ın (5:1) qapısına iki qol vurmaqla 25-ə çatıb. Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib. Qeyd edək ki, Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.
Mənbə
oxu.az