İdman

Misli Premyer Liqası: XV tura yekun vurulur

15 Dec 2025, 08:00 1 baxış
Misli Premyer Liqası: XV tura yekun vurulur
Bu gün Misli Premyer Liqasında XV turun son oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "İmişli" "Karvan"ı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək. Günün ikinci oyununda isə "Neftçi" klubu öz meydanında "Sumqayıt" komandası ilə üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 19:00 da başlayacaq. Misli Premyer Liqası XV tur 15 dekabr 14:00. "İmişli" - "Karvan-Yevlax" Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli VAR: İnqilab Məmmədov AVAR: Namiq Hüseynov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Eldəniz Musayev Quba OİK stadionu. 19:00. "Neftçi" - "Sumqayıt" Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov VAR: Elçin Məsiyev AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Elçin Mehtiyev "Palms Sports Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər