İdman

"Real Madrid" səkkiz oyunçusu ilə vidalaşa bilər

15 Dec 2025, 01:24 1 baxış
"Real Madrid" səkkiz oyunçusu ilə vidalaşa bilər
"Real Madrid" yay transfer pəncərəsində səkkiz oyunçusunu satışa çıxarmağa hazırlaşır. Oxu.Az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, bunlar ya lazımi səviyyədə oynamayan, ya da əsas heyətə düşməyən oyunçulardır. Siyahiya vinger Qonsalo Qarsiya və hücumçu Rodriqo, qapıçı Andrey Lunin, müdafiəçilər Ferlan Mendi və Fran Qarsiya, yarımmüdafiəçilər Daniel Sebalyos, Brahim Dias və Eduardo Kamavinqa daxildir. Məlumata görə, bu oyunçuların satışı əhəmiyyətli transfer gəliri yaradacaq və əməkhaqqı limitini ciddi şəkildə azaldacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər