İdman
İtaliya A Seriyası: "İnter" zirvəyə yüksəldi
İtaliya A Seriyasının 15-ci turunda lider dəyişib. Oxu.Az xəbər verir ki, "İnter" səfər qələbəsi sayəsində zirvəyə yüksəlib. "Cenoa"nın qonağı olan komanda 1:2 hesabı ilə meydan sahiblərindən üstün olub. Beləliklə, xallarını 33-ə çatdıran "İnter" əzəli rəqibi "Milan"ı 1 xal üstələyərək turnir cədvəlində zirvəyə qalxıb. "Cenoa" isə 14 xalla 16-cı sırada qərarlaşıb.
Mənbə
oxu.az