İdman

Holand Ronaldunu geridə qoydu

14 Dec 2025, 22:16 1 baxış
Holand Ronaldunu geridə qoydu
"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 16-cı turunda "Kristal Palas"ın qapısına iki qol vuraraq, portuqaliyalı Kriştianu Ronaldunun nailiyyətini üstələyib. Oxu.az Championat.com-a istinadən xəbər verir ki, norveçli Premyer Liqanın bir klubunda ən çox qol vuran futbolçu olub. Holand "Mançester Siti" üçün bütün yarışlarda 168 oyunda 147 qol vurub. Ronaldu isə "Mançester Yunayted"də oynadığı dövrdə 346 matçda 145 qola imza atıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər