İdman

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi "Barselona"nı ala bilər

14 Dec 2025, 21:24 1 baxış
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi "Barselona"nı ala bilər
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Barselona" klubunun alışı üçün 10 milyard avro təklif verməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo sosial media səhifəsində məlumat yayıb. Məlumata görə, "Barselona"nın idarəetməyə nəzarət edən üzvləri alqı-satqı əməliyyatına mane ola bilərlər. "Goal" nəşri iddia edir ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu potensial olaraq "Barselona"nın ayrıca bir kommersiya bölməsinə investisiya yatıra bilər. Qeyd edək ki, katalon klubunun hazırda 2.5 milyard avro borcu var.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər