İdman

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdən üç xalla qayıdır

14 Dec 2025, 20:00 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdən üç xalla qayıdır
İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, "Mançester Siti" səfərdə "Kristal Pelas"ın qonağı olub. "Şəhərlilər" rəqib qapısından üç cavabsız top keçirməklə qələbə qazanıblar. Görüşdə Holand (41, 89 pen.) və Foden (69) fərqləniblər. Bu qələbə sayəsində turnir cədvəlində 2-ci yeri tutan Pep Qvardiolanın yetirmələri xallarını 34-ə çatdıraraq lider "Arsenal"la xal fərqini ikiyə endiriblər. "Kristal Pelas" isə 26 xalla ilk beşliyi tamamlayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər