İdman

Tahir Gözəl sığınacaqdakı uşağa forma hədiyyə etdi

14 Dec 2025, 17:59 1 baxış
Tahir Gözəl sığınacaqdakı uşağa forma hədiyyə etdi

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.


Axar.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytında məlumat yayılıb.


"Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözəl Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratını dinləyib. Sonda klub prezidenti azyaşlı azarkeşimizə rəsmi formamızı təqdim edib", - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər