İdman

Muslera iki penaltini dəf edərək komandasını çempion etdi

14 Dec 2025, 14:36 1 baxış
Muslera iki penaltini dəf edərək komandasını çempion etdi
Fernando Musleranın çıxış etdiyi "Estudiantes" klubu Argentina çempionu adını qazınıb. Oxu.Az "Fanatik"ə istinadən xəbər verir ki, həlledici qarşılaşmada "Rasinq" ilə üz-üzə gələn "Estudiantes" oyun sonrası penaltilərdə çempionluğu təmin edib. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə "Qalatasaray"ın keçmiş qapıçısı Muslera rəqib futbolçularının iki penaltisini dəf edib. "Estudiantes" 11 metrlik zərbələrdə 5:4 hesabı ilə üstün olub. Qeyd edək ki, bu, uruqvaylı qapıçının karyerasında qazandığı 23-cü tituldur.
Mənbə oxu.az

Oxşar Xəbərlər