İdman

Misli Premyer Liqası: XV turun növbəti oyunları keçiriləcək

14 Dec 2025, 08:00 1 baxış
Misli Premyer Liqası: XV turun növbəti oyunları keçiriləcək
Bu gün Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək. Günün ikinci oyununda isə "Qarabağ" klubu öz meydanında "Araz-Naxçıvan" komandası ilə üz-üzə gələcək. "Azersun Arena"da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq. Misli Premyer Liqası XV tur 14 dekabr 14:00. "Kəpəz" - "Qəbələ" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov VAR: Cavid Cəlilov AVAR: Emin Əliyev Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Mübariz Hüseynov Yevlax şəhər stadionu 17:30. "Qarabağ" - "Araz-Naxçıvan" Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Kifayət Mustafayeva "Azersun Arena"
Mənbə oxu.az

Oxşar Xəbərlər