İdman

İngiltərə Premyer Liqası: "Arsenal" autsayderə son anda qalib gəldi

14 Dec 2025, 02:00 1 baxış
İngiltərə Premyer Liqası: "Arsenal" autsayderə son anda qalib gəldi
İngiltərə Premyer Liqasında 16-cı turun oyunları davam edir. Oxu.Az xəbər verir ki, lider "Arsenal" autsayder "Vulverhempton"u qəbul edib. "Topçular" "canavarlar"ın öhdəsindən çətinliklə gəliblər. Belə ki, 70-ci dəqiqədə avtoqol sayəsində meydan sahibləri irəli çıxsalar da, 90-cı dəqiqədə hesab bərabərləşib. London klubu qələbə qolunu yalnız 90+4-cü dəqiqədə vurmağı bacarıb. Bu nəticədən sonra "Arsenal" xallarını 36-ya çatdıraraq zirvədə qalıb. "Vulverhempton" isə aktivindəki 2 xalla sonuncu - 20-ci pillədə qərar tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər