İdman

FIFA Qitələrarası Kuboku: PSJ-nin finaldakı rəqibi məlum oldu

14 Dec 2025, 00:06 1 baxış
FIFA Qitələrarası Kuboku: PSJ-nin finaldakı rəqibi məlum oldu
UEFA Çempionlar Liqasının hazırkı qalibi "Pari Sen-Jermen" 2025-ci il FIFA Qitələrarası Kubokunun finalında Braziliya təmsilçisi "Flamenqo" ilə qarşılaşacaq. Oxu.Az xəbər verir ki, yarımfinalda braziliyalılar Afrika Çempionlar Liqasının qalibi Misirin "Piramids" komandasına 2-0 hesabı ilə qalib gəliblər. 24-cü dəqiqədə müdafiəçi Leo Pereyra "Flamenqo"ya üstünlük qazandırıb. 52-ci dəqiqədə isə "Yuventus"un sabiq müdafiəçisi Danilo fərqi artırıb. Beləliklə də, turnirin qalibi dekabrın 17-də keçiriləcək final matçında müəyyənləşəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər