İdman

İspaniya La Liqası: "Barselona" Rafinyanın dublu ilə qalib gəldi

13 Dec 2025, 23:36 1 baxış
İspaniya La Liqası: "Barselona" Rafinyanın dublu ilə qalib gəldi
İspaniya La Liqasının 16-cı turunda lider "Barselona" ev matçında "Osasuna"nı qəbul edib. Oxu.Az xəbər verir ki, oyunun taleyi ikinci hissədə həll olunub. Rafinyanın dublu (70, 86) meydan sahiblərinə vacib üç xalı qazandırıb. Bu qələbə sayəsində katalon klubu zirvədəki mövqeyini möhkəmləndirib. Hazırda 43 xala malik "Barsa" turnir cədvəlində əzəli rəqibi "Real Madrid"dən 7 xal irəlidədir. Lakin "kral klubu"nun ehtiyatda bir oyunu var. "Osasuna"ya gəlincə, komanda 16 xalla 15-ci yeri tutur.
İspaniya La Liqası: "Barselona" Rafinyanın dublu ilə qalib gəldi
Mənbə oxu.az

Oxşar Xəbərlər