İdman
"Qarabağ"ın rəqibi öz meydanında qalib gəldi
Futbol üzrə İngiltərə Premyer Liqasında XVI tura start verilib.
Axar.az xəbər verir ki, “Çelsi” öz meydanında “Everton”a, “Liverpul” isə “Brayton”a 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra xallarını 28-ə çatdıran “Çelsi” 4-cü, 26-cı xalını qazanan “Liverpul” isə 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir.
Mənbə
axar.az