İqtisadiyyat
SOCAR Qırğızıstan ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Anar Məmmədov Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevlə görüşüb. Oxu.Az xəbər verir ki, görüş iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində baş tutub. Görüşdə "SOCAR Downstream" şirkətinin nümayəndələri, Qırğız Respublikasının hökumət və dövlət qurumlarının üzvləri, eləcə də biznes strukturlarının təmsilçiləri iştirak ediblər. Müzakirələr zamanı enerji, sənaye, nəqliyyat və digər prioritet sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az