İdman

Misli Premyer Liqası: XV tura start verilir

13 Dec 2025, 08:30 1 baxış
Misli Premyer Liqası: XV tura start verilir
Bu gün Misli Premyer Liqasında XV tura iki qarşılaşma ilə start verilir. Oxu.Az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" klubu doğma meydanda "Zirə"ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək. Günün ikinci qarşılaşmasında isə "Turan Tovuz" "Sabah" ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq. Turun digər oyunları isə 14-15 dekabrda keçiriləcək. Misli Premyer Liqası: XV tur 13 dekabr 14:00, "Şamaxı" - "Zirə" Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev VAR: Elçin Məsiyev AVAR: Rahil Ramazanov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Erkin Hüseynov Şamaxı şəhər stadionu. 16:30, "Turan Tovuz" - "Sabah" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev VAR: Nicat İsmayıllı AVAR: Kamran Bayramov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Seymur Səlimli Tovuz şəhər stadionu.
Mənbə oxu.az

Oxşar Xəbərlər