İdman

"Qarabağ"ın oyununun biletləri satışda!

13 Dec 2025, 01:00 1 baxış
"Qarabağ"ın oyununun biletləri satışda!

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxıb.


Axar.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, biletlər bu gün saat 13:00-dan etibarən satışdadır. Biletləri iTicket.az-da onlayn şəkildə əldə etmək mümkündür. Oyun günü isə biletləri həm də "Azersun Arena”nın kassasında satılacaq.


Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.


Qeyd edək ki, dekabrın 14-də keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" matçı 17:30-da başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər