İdman

Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda!

12 Dec 2025, 23:25 1 baxış
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda!

Azərbaycanın daha 4 boksçusu Almaniyanın Keinbaum şəhərində yeniyetmə arasında U-17 Avropa çempionatında 1/4 finala yüksəlib.


Axar.az xəbər verir ki, Şahin Aslanov (60 kiloqram) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.


Adil Zalov (70 kiloqram) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Mujakovski (Polşa) ilə üz-üzə gələcək.


Gülər Hüseynova (48 kiloqram) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.


Fidan Bakarova (63 kiloqram) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.


Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər