İqtisadiyyat
Dərmanlara xərclənən vəsaitin artmasının səbəbi nədir?
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 424 milyon 100 min manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24.3% çoxdur. Bu sahədə kəskin artımın səbəblərini Oxu.Az üçün şərh edən iqtisadçı Xalid Kərimli burada bir neçə əsas məqamın olduğunu bildirib.
Onun sözlərinə görə, ilk növbədə icbari tibbi sığortadan istifadənin genişlənməsi tibbi məhsullara tələbatı artırır. Sığorta çərçivəsində bir sıra xidmətlərin pulsuz olması vətəndaşların bu sistemdən daha çox yararlanmasına səbəb olur. İkinci əsas amil kimi iqtisadçı əhalinin gəlirlərinin artmasını göstərir. Gəlirlər artdıqca tibbi xərclərin də yüksəldiyi bildirilir. Üçüncü səbəb pandemiyadan sonrakı dövrdə insanların səhhətinə diqqətinin artması, müxtəlif xəstəliklərin çoxalması və tibbi xidmətlərin daha geniş şəkildə göstərilməsi ilə bağlıdır. Xalid Kərimli idxal göstəricilərinə diqqət çəkərək hesab edir ki, keçən ilin 10 ayı ilə müqayisədə dərman idxalının həcmində artım yoxdur. Keçən il 430 milyon dollar, bu ilin eyni dövründə isə 424.7 milyon dollarlıq dərman idxal edilib. Eyni zamanda, dərmanların qiymətində də kəskin artım yoxdur. Mövzu ilə bağlı məşhur həkim və professor Adil Qeybulla Oxu.Az-a açıqlamasında dərman və tibbi ləvazimatların istehlakında artımı əhali sayının çoxalması, uşaqlara dair tibbi ləvazimatlara tələbat və xəstəliklərin artması ilə əlaqələndirir.
O qeyd edib ki, ambulator müalicədə yeni standartların tətbiqi də ümumilikdə istehlakı artıran faktorlardandır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən illə müqayisədə tibbi sığortadan istifadə edənlərin sayında artım var:
"2025-ci ilin ilk 11 ayında icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 86 milyon tibbi xidmət göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət tibb müəssisələrinə müraciətlər 4%, tibbi xidmətlərin icrası isə 12% artıb. Hesabat dövründə dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat icra olunub. Ən çox uroloji əməliyyatlar, təbii doğuş və qeysəriyyə əməliyyatları yerinə yetirilib. Bundan əlavə, 10 ay ərzində özəl tibb müəssisələrinə 260 mindən çox göndəriş verilib". Elmidar Əliyev

Mənbə
oxu.az