İdman

Snoop Dogg ABŞ yığmasının fəxri məşqçisi təyin edilib

12 Dec 2025, 16:02 1 baxış
Snoop Dogg ABŞ yığmasının fəxri məşqçisi təyin edilib
Amerikalı rep ifaçısı Snoop Dogg 2026-cı il Qış Olimpiya Oyunlarında ABŞ yığmasının fəxri məşqçisi təyin olunub. Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Olimpiya Komitəsinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, fəxri məşqçinin könüllü vəzifəsi amerikalı idmançılara yarışlardan kənar dəstək verməkdir. Qeyd edək ki, 2026-cı il 25-ci Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər