İqtisadiyyat
Öz biznes ideyasını reallaşdırmaq istəyən şəxslər üçün yeni imkanlar təqdim olunub
Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim olunur. Oxu.Az agentliyə istinadən xəbər verir ki, zərflərin tərkibi və istiqamətləri əmək bazarının araşdırılması və mövcud tələbatın qiymətləndirilməsi nəticəsində müəyyən edilir və mütəmadi yenilənir. Öz biznes ideyasını reallaşdırmaq istəyən şəxslər proqram çərçivəsində təqdim olunan imkanlardan istifadə edə bilərlər. Cari ilin 11 ayı ərzində 4 329 şəxs istehsal və xidmət istiqamətləri üzrə müvafiq aktivlərlə təmin edilib.
Biznes istiqamətləri və avadanlıqların siyahısı ilə buradan tanış olmaq mümkündür.
Biznes istiqamətləri və avadanlıqların siyahısı ilə buradan tanış olmaq mümkündür.
Mənbə
oxu.az