İdman

Azərbaycan boksçusu dünya çempionatının finalına yüksəldi

12 Dec 2025, 13:34 1 baxış
Azərbaycan boksçusu dünya çempionatının finalına yüksəldi
Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında finala yüksəlib. Oxu.Az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalda Sahil Alahverdovini (Gürcüstan) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək. Həlledici görüş dekabrın 13-də olacaq. Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər