İdman

Məşhur futbol şərhçisi Ahmet Çakar xəstəxanaya yerləşdirildi

12 Dec 2025, 11:50 1 baxış
Məşhur futbol şərhçisi Ahmet Çakar xəstəxanaya yerləşdirildi
Futbolda qanunsuz mərc oyunları ilə bağlı istintaq zamanı ötən cümə günü saxlanılan keçmiş hakim və tanınmış futbol şərhçisi Ahmet Çakar infarkt şübhəsi ilə təcili xəstəxanaya aparılıb və ona angioqrafiya proseduru edilib. Bundan sonra səhhətinə görə Ahmet Çakar haqqındakı saxlanılma qərarı ləğv edilib. Oxu.Az-ın türkiyəli jurnalist İbrahim Haskoloğlunun məlumatına istinadən verdiyi xəbərə görə, xəstəxanada aparılan ətraflı müayinələrdən sonra evə buraxılan Ahmet Çakarın səhhəti yaxşılaşandan sonra hüquqi proseslər üçün məhkəməyə aparılması planlaşdırılırdı. Lakin Ahmet Çakarın səhhəti gözlənilmədən pisləşib və yenidən infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər