İqtisadiyyat

Sədərəkdə su təchizatı və kanalizasiya işləri üçün əlavə 7,6 milyon manat ayrılıb

12 Dec 2025, 11:54 1 baxış
Sədərəkdə su təchizatı və kanalizasiya işləri üçün əlavə 7,6 milyon manat ayrılıb
"Tikilməkdə olan obyektlərin müdiri̇yyəti" publik hüquqi şəxsi tərəfindən Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərində su təchizatı və kanalizasiya sistemləri üzrə yarımçıq qalmış işlərin tamamlanması məqsədilə satınalma müqaviləsi bağlayıb. Oxu.Az xəbər verir ki, tenderin qalibi "Hovers Group" MMC olub, şirkət işləri 7 milyon 598 min 114.88 manata icra edəcək. İşlərin 15 may 2028-ci il tarixinədək tamamlanması nəzərdə tutulur. 01.07.2011 tarixində yaradılan "Hovers Group" MMC-nin nizamnamə kapitalı 345 min 720 manat, hüquqi ünvanı Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 73, qanuni təmsilçisi isə İlqar Adıgözəl oğlu Zeynalovdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər