İqtisadiyyat
Ötən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının satışı kəskin artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 424 milyon 100 min manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24.3% artım deməkdir. Əczaçılıq və tibbi məhsullar üzrə ticarət dövriyyəsinin ümumi pərakəndə satışdakı xüsusi çəkisi 2.4% təşkil edib. Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə pərakəndə ticarət dövriyyəsi 58 milyard 571 milyon manat olub. Elmidar Əliyev
Mənbə
oxu.az