İdman

"Formula-1" əfsanəsi Niki Laudaya məxsus avtomobil satışa çıxarılacaq

12 Dec 2025, 08:16 1 baxış
"Formula-1" əfsanəsi Niki Laudaya məxsus avtomobil satışa çıxarılacaq
Yanvar ayında "Mecum" hərracı 1979-cu ildə istehsal olunmuş BMW M1 avtomobilini satışa çıxaracaq. Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, M1-in kolleksiya dəyərindən əlavə, bu avtomobil az yürüşü ilə diqqət çəkir - cəmi 20 350 kilometr. Ən önəmli məqam isə avtomobilin ilk sahibinin şəxsiyyətidir. Belə ki, kupe üçqat "Formula-1" çempionu Niki Laudaya məxsus olub. Lauda "Procar" yarışlarının ilk mövsümündə qalib gəlib və satışa çıxarılan bu idman avtomobili ona mükafat kimi təqdim edilib. Qeyd edək ki, M1 modeli 277 at gücünə malik 3.5 litrlik, altısilindrli mühərriki olan standart kupedir. Bildirilir ki, BMW tərəfindən cəmi 50 ədəd M1 istehsal olunub. Bu nadir avtomobillərin qiyməti bəzən yarım milyon dollardan da çox olur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər