İqtisadiyyat
Cari ildə içki və tütün məhsullarına 2,4 milyard manat xərclənib
2025-ci ilin yanvar-noyabr aylarında istehlakçılar içki və tütün məhsullarına 2 milyard 408 milyon 800 min manat xərcləyiblər. Oxu.Az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 faiz çoxdur. İçki və tütün məhsullarına xərclənən vəsait pərakəndə ticarət dövriyyəsinin 4.1 faizini təşkil edir. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571 milyon 300 min manatlıq məhsul satılıb. Elmidar Əliyev
Mənbə
oxu.az