İdman
Benzema 2026-cı il dünya çempionatında iştirak edə bilər
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema 2026-cı il dünya çempionatı üçün Fransa millisinə qayıda biləcəyini istisna etməyib. Oxu.Az xəbər verir ki, o, bu barədə "L'Equipe" nəşrinə verdiyi müsahibədə danışıb. "Dünya çempionatında oynamağı kim istəməz ki? Hamı bu turnirdə iştirak etmək istəyir. Çağırılanda meydana çıxıram və oynayıram. Hədəflərim var. Futbolu sevirəm və qalib gəlməyi sevirəm. Kubokları sevirəm. Mənim üçün ən vacib məsələ budur. Milli komandaya çağırılsam, meydana çıxıb futbol oynayıram. Vəssalam", - deyə Benzema bildirib. Xatırladaq ki, 37 yaşlı futbolçu 2007-ci ildən Fransa millisində çıxış edib, 97 oyunda iştirak edərək 37 qol vurub. 2021-ci ildə o, milli komanda ilə Millətlər Liqasının qalibi olub. Benzema 2022-ci ildə Fransanın dünya çempionatının finalda Argentinaya uduzmasından sonra millidən ayrılıb. Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Mənbə
oxu.az