İdman

Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək

12 Dec 2025, 04:42 1 baxış
Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi dekabrın 13-də Kəlküttəyə (Hindistan) səfər edəcək və orada öz heykəlinin açılışında iştirak edəcək. Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Abidə 21 metr hündürlüyündədir. Heykəldə Messi Argentina millisi ilə 2022-ci ildə qazandığı Dünya Kubokunu əlində tutarkən təsvir edilib. Heykəl 45 gün ərzində 27 nəfərin iştirakı ilə hazırlanıb. Məlumata görə, Messinin komanda yoldaşları - uruqvaylı Luis Suares və argentinalı Rodriqo De Paul da açılış mərasimində iştirak edəcəklər.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər