İdman

UEFA Avropa Liqası: "Fənərbağça" və "Roma" darmadağınla qalib gəldilər

12 Dec 2025, 02:06 1 baxış
UEFA Avropa Liqası: "Fənərbağça" və "Roma" darmadağınla qalib gəldilər
UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda növbəti oyunlar keçirilib. Oxu.Az xəbər verir ki, tura 18 qarşılaşma ilə yekun vurulub. Maraqla gözlənilən görüşlərin biri "Brann" (Norveç) və "Fənərbağça" (Türkiyə) komandaları arasında baş tutub. İstanbul təmsilçisi rəqib futbolçunun 18-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoymasından maksimum yararlanıb. Türklər "Brann"ın qapısından dörd cavabsız qol keçirərək, xallarını 11-ə yüksəldiblər və 12-ci pillədə qərarlaşıblar.
Daha bir böyükhesablı səfər qələbəsi "Seltik" (Şotlandiya) - "Roma" (İtaliya) matçıda qeydə alınıb. "Canavarlar" rəqib qapısının torunu üç dəfə silkələyiblər - 0:3. "Roma" qələbə sayəsində xallarını 12-yə çatdırıb və turnir cədvəlində 10-cudur. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Dinamo" (Xorvatiya) - "Real Betis" (İspaniya) - 1:3 "Ştutqart" (Almaniya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 4:1; "Ferentsvaroş" (Macarıstan) - "Reyncers" (Şotlandiya) - 2:1; "Ludoqorets" (Bolqarıstan) - PAOK (Yunanıstan) - 3:3; "Midtyulland" (Danimarka) - "Genk" (Belçika) - 1:0; "Nitsa" (Fransa) - "Braqa" (Portuqaliya) - 0:1; "Şturm" (Avstriya) - "Srvena Zvezda" (Serbiya) - 0:1; "Utrext" (Niderland) - "Nottingem Forest" (İngiltərə) - 1:2; "Yanq Boyz" (İsveçrə) - "Lill" (Fransa) - 1:0; "Bazel" (İsveçrə) - "Aston Villa" (İngiltərə) - 1:2; "Selta Viqo" (İspaniya) - "Bolonya" (İtaliya) - 1:2; "Portu" (Portuqaliya) - "Malmö" (İsveç) - 2:1; FCSB (Rumıniya) - "Feyenoord" (Niderland) - 4:3; "Frayburq" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 1:0; "Lion" (Fransa) - "Qou Ehed İqlz" (Niderland) - 2:1; "Panatinaikos" (Yunanıstan) - "Viktoriya" (Çexiya) - 0:0.
UEFA Avropa Liqası: "Fənərbağça" və "Roma" darmadağınla qalib gəldilər
Mənbə oxu.az

Oxşar Xəbərlər