İdman

"Real Madrid" Alonsoya şərt qoydu

12 Dec 2025, 01:12 1 baxış
"Real Madrid" Alonsoya şərt qoydu
"Real Madrid" dekabrın 14-də keçiriləcək La Liqanın 16-cı tur matçında "Alaves"i məğlub edə bilməzsə, klub rəhbərliyi baş məşqçi Xabi Alonsonu vəzifəsindən azad edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "La Sexta" nəşrinin jurnalisti Xose Sançes "X" sosial şəbəkəsində məlumat yayıb. Daha əvvəl mediada ispaniyalı məşqçinin Çempionlar Liqasının altıncı turunda "Mançester Siti"yə 2-1 hesablı məğlubiyyətdən sonra istefaya göndəriləcəyi bildirilmişdi, lakin bu, baş verməyib. Qeyd edək ki, Alonso 2025-ci ilin yayından bəri Madrid komandasına rəhbərlik edir. İspaniya çempionatının 16 turundan sonra klub 36 xalla ikinci yerdə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər