İdman
UEFA Konfrans Liqasında beşinci turun oyunları keçirilib
UEFA Konfrans Liqasının əsas mərhələsində beşinci turun oyunları keçirilib. Oxu.Az xəbər verir ki, turun bütün qarşılaşmaları artıq başa çatıb. "Kristal Pelas" səfərdə "Şelburn"un qonağı olub. İngilislər irlandların qapısından 3 cavabsız top keçiriblər - 0:3. Maltada yerli "Hamrun"la üz-üzə gələn Donetsk "Şaxtyor"u rəqibindən üstün olub. Qonaqlar meydan sahiblərini iki dəfə oyuna mərkəzdən başlamağa dəvət ediblər - 0:2. Gecənin digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb: "Aberdin" (Şotlandiya) - "Strasburq" (Fransa) 0:1; KuPS (Finlandiya) - "Lozanna" (İsveçrə) 0:0; "Lex" (Polşa) - "Maynts" (Almaniya) 1:1; "Linkoln Red İmps" (Cəbəllüttariq) - "Siqma Olomouts" (Çexiya) 2:1; "Rakuv" (Polşa) - "Zrinski" (Bosniya və Hersoqovina) 1:0; "Rapid" (Avstriya) - "Omoniya" (Kipr) 0:1; "Riyeka" (Xorvatiya) - "Selye" (Sloveniya) 3:0;
Mənbə
oxu.az